Millət vəkili Astan Şahverdiyevin açıqlamasına gələn reaksiyalar gündəmdən düşmək bilmir.

 
Ötən ilin sonlarında deputatın "Rusiyaya gedənlər cəmiyyətin "otxod"larıdır" ifadəsi xaricdə yaşayan azərbaycanlılar tərəfindən ciddi etirazla qarşılanıb. Rusiya ilə yanaşı Birləşmiş Ərəb Əmirliyi, İsveç, Almaniya, ABŞ və bir çox ölkələrdə yaşayan həmyerlilərimiz tərəfindən video-müraciətlər "Youtube"da və sosial şəbəkələrdə yayımlanıb. Müraciətlər arasında ən maraqlı olanı isə yaşlı bir qadının əlinə avtomat silah alaraq deputatı hədələməsidir.

 
O, Astan Şahverdiyevin məlum ifadəsində Rusiyada işləyən oğlanlarının da təhqir olunduğunu bildirərək, sərt danışıb.

 
Xatırladaq ki, deputat məlum açıqlaması ilə bağlı mətbuatda açıqlama yayaraq bütün Azərbaycan xalqından üzr istəmişdi.