ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın mətbuat konfransı ona qarşı səsləndirilən komromatdan başlayıb.

Unikal.org "Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Trampın nümayəndəsi mətbuat konfransını açarkən KİV-də yer alan son məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Tramp yayılan xəbərləri cəfəngiyat adlandıraraq, adıçəkilən xəbəri yaymayan KİV-lərə minnətdarlığını bildirib.