"2017-ci ilin islam həmrəyliyi ili elan edilməsi çox müsbət faktdır

Unikal.org xəbər verir  ki, bunu "Moskva-Bakı portalına müsahibəsində rusiyalı jurnalist Maksim Şevçenko söyləyib.
O, Azərbaycanın beynəlxalq arenada avtoritetinin kifayət qədər yüksək olduğunu bildirib:
"Azərbaycan islam dünyasının həm şiə, həm sünni qolunun bir hissəsidir. Azərbaycan çoxmillətli və çoxdinli dövlətdir. Azərbaycan ərazisində yaşayan xalqların çoxu islama etiqad edir, amma buna baxmayaraq, xristian və yəhudilərə də hörmət edilir. Azərbaycan islam dünyasının incilərindən biridir. O, dünyaya böyük islam alimləri, filosofları, mədəniyyət xadimləri bəxş edib. Mən Azərbaycan deyəndə təkcə bugünkü dövləti yox, həm də mərkəzi Təbriz olan bütöv Azərbaycanı nəzərdə tuturam. Biz bilirik ki, İranın Ali dini lideri Əli Xamenei əslən azərbaycanlıdır. Azərbaycanlılar bu gün İranın siyasi, iqtisadi həyatında böyük rol oynayır.
Azərbaycan bu gün müasir siyasət həyata keçirir. Ölkə rəhbəri başqa ölkələrlə münasibətləri yoluna qoyaraq, layiqli şəkildə öz dövlətini idarə edir. Azərbaycanın beynəlxalq arenada avtoriteti kifayət qədər yüksəkdir.