İran Prezidenti Həsən Ruhani ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Liderlərin söhbəti zamanı bölgədə baş verən hadisələr, Suriyada atəşkəsin davam etdirilməsi və terrorla mübarizə məsələləri müzakirə olunub.

Ruhani Türkiyə ilə əməkdaşlığı inkiaf etdirmək niyyətində olduqlarını deyib.

"Hamımız bu atəşkəsin davam etməsi üçün səy göstərməliyik. Şübhəsiz Ankara, Moskva və Tehran arasında davam edən yaxın əməkdaşlıq bölgədə sülh və əmin-amanlığın qorunması üçün çox önəmlidir.

Bölgədəki bütün terror təşkilatları ortaq düşmənimizdir. Bütün terror təşkilatları ilə mübarizə aparmağı düşünürük, - Ruhani qeyd edib.

Ərdoğan öz növbəsində keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar Ruhaniyə başsağlığı verib. Terrorçu qrupların yox edilməsinin vacib olduğunu deyən Türkiyə prezidenti hər iki ölkənin bölgədə böyük məsuliyyəti olduğunu bildirib.