Rusiyanın paytaxtı Moskvada iki tramvay toqquşub.

Unikal.org RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Rusiya paytaxtının şimal-qərbində, Şukino rayonunun Aviasiya küçəsində baş verən hadisə nəticəsində biri uşaq olmaqla, altı nəfər xəsarət alıb.

Xəsarət alanlardan beşi xəstəxanaya yerləşdirilib, bir nəfərə isə ambulator yardım göstərilib.