Müğənni Hande Yener dünən 44 yaşını qeyd edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi min nəfərlik gecə klubunda özünə ad günü keçirib və ziyafətə sənət dostlarını da çağırıb. 

Qonaqlar arasında "Kısmetse Olur" proqramı ilə məşhurlaşan və bu il "Survivor"a qatılan Eser Vest və sevgilisi Cansel Çördük də olub.

Anlaşmazlıq səbəbindən cütlük klubda yumruq-təpik davasına çıxıb. Bunu çəkən müxbirlərə isə Vest ingiliscə söyüşlər söyüb.

Ad günü sahibi isə səhərə yaxın klubun arxa qapısından çıxaraq evinə yollanıb.