Sevgilisini romantik bir "selfie" çəkmə bəhanəsiylə yüksək bir zirvəyə çıxaran gənc adam onu aşağı itələyərək ölümcül vəziyətə salıb.

Unikal.org xəbər verir ki, sevgilisinin əlindən tutaraq hündür bir təpəciyə qaldırıb. Orada "selfie" çəkdirən zaman oğlan qızın itələyərək aşağı atıb. Bütün bu prossesləri lentə alan oğlan gənc qız sevgilisindən intiqam aldığını deyib.

Video polisin əlinə keçdikdən sonra araşdırmaya başlanılıb. Oğlan qızla zarafat etdiyini və ona qarşı hər hansısa bir intiqam hissininin olmadığını izahatında qeyd edib.

Hadisə zamanı qız ciddi xəsarət alıb və onun valideyinləri buna görə oğlanı məhkəməyə veriblər.

Sosial şəbəkələrdə yayılan video sujetdə oğlana qarşı ciddi tənqidlərlə reaksiya göstərilib.