ABŞ-ın "Yale universitetinin alimləri bir neçə təcrübədən sonra siçanlarda ov instinktinə cavab verən beyin sahəsini aşkar ediblər.

Unikal.org xəbər verir ki, tədqiqatçılar "optogenetika metodundan istifadə edərək üzərində təcrübə keçirilən gəmiricini yırtıcıya çevirməyi bacarıblar.

Layihənin aparıcı müəllifi İvan de Arauxo bildirib ki, öldürmək hissini siçanların beynində iki qrup neyron qidalandırır: birinci qrup qurbanın təqibinə cavab verir, ikinci isə boyun və çənə əzələlərini idarə edir. Onların hər ikisi qorxu və təcavüz kimi emosiyaların formalaşmasında əsas rol oynayan beyinin "amygdala adlı hissəsində yerləşir.

Alimlər siçanların başlarında lazer quraşdırıblar. Qurğu işlək olmayanda gəmiricilər özlərini sakit aparırlar. Lakin lazer işə salınanda siçan qarşısında dayanan hər şeyə hücum çəkir. Müəyyən olunub ki, gəmiricilərdə təqib və qurbanın dişlənməsi müxtəlif proseslərdir.