Azərbaycanda inək və qoyun oğruları həbs edilib.

Daxili İşlər Nazirliyinə istinadən unikal.org xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də rayon sakini Vaqif Həsənova məxsus fermadan 2 baş qoyun oğurlamaqda şübhəli bilinən həmyerlisi Rasim Quliyev saxlanılıb.

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon sakini Sənan Abdullayevin həyətindən 3 baş inək oğurlamaqda şübhəli bilinən həmyerliləri Vüsal Abdullayev və Yaqub Abdullayev tutulublar.