Məktəblərdə müəllimələrin erotik geyimi, müəllim şagirdini zorlaması, məktəb direktorunun müavinini zorlaması, müəllimənin şagirdindən hamilə qalması, müəllimələrin erotik filimlərə çəkilməsi və digər buna bənzər biabırçı hadisələri Azərbaycan mətbuatı xarici ölkələrdə baş verdiyindən yazırdı. Amma təəssüflər olsun ki, son illər eyni mənfi tendensiya Azərbaycanda da baş verməkdədir. Tarixən Azərbaycanda müəllimə "İmam", "Peyğəmbər" kimi baxan şagird nəyə görə bu gün bunu tam görə bilmir?
Son illər ölkə gündəmi Azərbaycan təhsili üçün daha bir rüsvayçı hadisə ilə çalxalanır. Ötən il Şamaxı rayonunun Pirbəhli kəndində yetkinlik yaşına çatmayan məktəbli qızın müəllimi tərəfindən zorlanması, Bakıda məktəb direktoru müavinini zorlaması və digər bu kimi xoşagəlməz hadilər baş verib. Son üç gün ərzidə isə Azərbaycan mətbuatında "Şəmkirdə direktorla müəllimə arasında - Seks videosu qalmaqalı" başlığı ilə yazılar dərc olunmaqdadır. Guya seks videosuna baxdığına görə, direktor müəlliməni işdən qovub.

Son hadisə bir daha göstərdi ki, paytaxtla yanaşı Azərbaycanın regionlarında da yerləşən bəzi məktəblərdə direktorların,işi müəllimlik və tərbiyəçilikdən ibarət olan pedaqoqların seçimindəproblemlər hələdə qalmaqdadır.
Related image

MƏSƏLƏYƏ ACI MÜNASİBƏT

Image result for Rafael Cəbrayılov
"Bəşəriyyət inkişaf etdikcə, qloballaşma və inteqrasiya prosesləri dərinləşdikcə mənəvi dəyərlər daha çox aşınmaya məruz qalır.

Bu fikirlri Unikal.org saytına açıqlamasında millət vəkili Rafael Cəbrayılov söyləyib.

Millət vəkili bildirib ki, nəinki müəllim-şagird, hətta tarixən ən həssas, müqəddəs münasibətlər də inkişafımızın acı nəticələri kimi aşınmaya məruz qalaraq mutanlaşır: "Valideyn-övlad, ər-arvad münasibətləri, qohumlar arasında olan münasibətlər bu qəbildəndir. Mənəvi dəyərlərin aşınanmasının məntiqi nəticəsi kimi zorakılıq hallarının artması təbii prosesdir. Qloballaşma və inteqrasiya proseslərinin nəticəsi kimi meydana çıxan kosmopolit münasibətlərin etalonlaşdırılaraq inkişfın müasir elementi kimi bütövlükdə insan cəmiyyətinə transformasiya edilməsi, yaxşı heç nə vəd etmir. Millilik, fərdilik kimi keyfiyyətlərin aşınması daha ağır nəticələrə səbəb olur. Bu proseslərdə ən çox zərbəyə məruz qalan şərq mənəvi dəyərlər sistemində müəllimə hörmət, onun ustad kimi qəbul edilməsi, insanın şəxsiyyət kimi formalaşmasında müəllimin rolunun danılmazlığı və ona ömürlük minnətdarlıq hissi mühüm yer tutur. Amma əfsuslar olsun ki, son vaxtlar bu ülvi münasibətlər bayağı münasibətlərlə əvəzlənib ki, bu da müasirləşmə adlandırdığımız proseslərin acı reallığıdır.
Dünyanın qabaqcıl ölkələrinin təhsil sistemlərinin uğurlu nəticələrini təhsilə gərtirmək vacib olduğu qədər, təhsillə bağlı tarixən formalaşmış və qürur duyduğumuz mənəvi dəyərlərə çevrilmiş insani münasibətlətləri, əsasən də müəllim- şagird, müəllim-valideyn münasibətlərini mütləq şəkildə qoruyub saxlamaq lazımdır. Bunun üçün hər bir ailənin və müəllimin üzərinə böyük vəzifə düşür. Çünki, lazımı nəticəni yalnız birgə göstərilən səylə əldə etmək olar.

Image result for Təhsil üzrə ekspert Kamran Əsədov
Təhsil üzrə ekspert Kamran Əsədov unikal.org-a açıqlamasıda bildirib ki, son üç ildə Azərbaycan orta məktəblərində baş verən neqativ halların sayı son 15 ildə olanlardan dəfələrlə çoxdur.
"Təəssüflər olsun ki, bu hadisələrin böyük əksəriyyəti bizim ideal hesab etdiyimiz müəllimlər tərəfindən həyata keçirilir. Və daha çox diqqət mərkəzində olan odur ki, hadisələrin başında məktəb direktoru dayanır. Bu gün Azərbaycanda 4500 dən çox məktəb fəaliyyət göstərir. Bu təhsil ocağlarının böyük əksəriyyətinin rəhbərliyi müsahibə, müsabiqə və imtahan yolu ilə vəzifəyə təyin olunmayıb, onların böyük əksəriyyəti hansısa formada bu ali vəzifəyə gətirilib. Əlbəttə ki, bu o demək deyil ki, əgər bütün direktorlar imtahan yolu ilə təyin olunsalar, belə iyrənc hadisələr baş verməz. Baş verə də bilər. Ancaq daha bu qədər çox olmaz. Bilirsiz, təhsildə baş verən xoşagəlməz hadisələrin bir səbəbi var, düzgün olmayan idarəçilik.

K.Əsədov diqqətə çatdırıb ki, bu cür xoşagəlməz hadisələrin baş verməsinin əsas səbəbi bəzi məktəb direktorlarının çalışdığı məktəblərdə normal iş şəraitini qura bilməməsidir: " Ona görə də, şagirdlər arasında bıçaqlanma hadisəsi baş verir, direktor kimisə zorlayır və ya şantaj edir. Bilirsiz, əvvəllər regionda yerləşən orta məktəblərə ildə bir neçə dəfə Təhsil Nazirliyindən, təhsilə nəzarət edən orqanlardan yoxlama gələrdi. Bu da məktəb rəhbərliyini ciddi şəkildə narahat edərdi. İşini düzgün qurmağa çalışardı. Lakin ilk başlarda nazirlik orta məktəblərdə yoxlamalar etsə də, son 2 ildə bunun şahidi olmuruq. Regionda yerləşən məktəblər özbaşına qalıb, dərəbəylik hökm sürür. Direktor özünü mütləq hakim hesab edir ki, nəticədə belə hallar baş verir. Bilirsiz, təhsil isti kabinetdə yumuşaq kresloda oturub telefonla zəng edib idarə edilən sahə deyil. Təhsil ciddi nəzarət etməklə idarə edilməlidir. Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarov çalışır ki, təhsil inkişaf etsin, neqativ hallar aradan qalxsın. Amma o təkdir. Yerlərdə olan təhsil müəssisələrinin rəhbərləri işləmirlər. Məhz ona görə də, bir ay ərzində Təhsil Nazirinin qaynar xəttinə 20 min zəng gəlir, vətəndaşların qəbulu şöbəsinə beş min vətəndaş müraciət edir. Deməli, təhsilin idarəetməsi yarıtmaz vəziyyətdədir. Son 3 ildə məktəblərdə baş verən zorlama və bu tipli hadisələrin sayı Afrikada ümumiyyətlə küçədə zorlananların sayından çoxdur. Neqativ halların aradan qaldırılması üçün ilk növbədə, müəllim və direktorlar işlədiyi müəssisədə 4 ildən bir yerini dəyişməlidir. Və yerdəyişmə imtahanı verməlidir. Qısa müddətdə bütün direktorlar təkcə bilik və bacarıqları baxımdan yox, həmdə psixoloji cəhətdən imtahandan keçirilməlidir. Elə bil ki, bunları Azərbaycan insanının biliyi, bacarığı artsın deyə yox, Azərbaycan insanının sayı artsın deyə o direktor təyin ediblər.