Livan hava yollarına aid təyyarə Türkiyənin İstanbul şəhərinə məcburi eniş edib. 

Unikal.org-un məlumatına görə, buna səbəb göyərtədə iki sərnişin arasında düşən davadır.

Münaqişə sərnişinlərdən birinin stüardessa ilə mübahisəsindən sonra başlayıb. Həmin şəxs təyyarə personalını söyməyə başlayıb. Digər bir yolçu söyüş söyən adamı sakitləşdirmək istəsə də, içkili olduğu deyilən şəxs hamını öldürəcəyini bildirib. Bundan sonra iki sərnişin yumruqlaşıblar.

Mobil telefon vasitəsilə çəkilən görüntülər sosial şəbəkələrə ötürülüb.