Hindistanın Bixar ştatında Qanq çayında qayıq batıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qayığın batması nəticəsində 26 nəfər həlak olub.

Bildirilib ki, xilasedicilər gecə 22 cəsəd, bu səhər isə 4 cəsəd çıxarıblar. 

Qeyd edək ki, 30 nəfər üçün nəzərdə tutulan qayıqda 50 nəfər olub. Onlardan 20-si xilas edilib və xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.