Şəhid Fikrət Bəşirov bu gün dəfn olunub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.

Şəhid Astaranın Şahağacı kənd qəbiristanlığında yayılım atəşi ilə son mənzilə yola salınıb.

Qeyd edək ki, F. Bəşirov müddətdən artıq hərbi qulluqçudur. Onun qız övladı beş gün əvvəl dünyaya göz açıb.