İspaniyanın cənub səhillərində 5 miqrantın cəsədi tapılıb.

Unikal.org xarici mətbuata istinadən verdiyi məlumata görə, cəsədlər Tarifa şəhərinin yaxınlığında suda və sahildə tapılıb.

Miqrantların ölümünün səbəbi məlum deyil.

"Əgər biz sağ qalan tapmasaq, nə baş verdiyini bilməyəcəyik", - polis nümayəndəsi deyib.