Bakı sakini mağazalardan birindən aldığı pendirla poğaçanın (bulka) içindən həşərat çıxması ilə bağlı  müraciət edib. 

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Vaqif Şıxəliyev adlı vətəndaş paytaxtın mərkəzindəki un məmulatları mağazasından aldığı poğaçanın içindən həşərat çıxdığını bildirib.

Adı hallanan mağaza ilə əlaqə saxlanılıb. Mağazadan bildirilib ki, onlara poğaçadan həşərat çıxması ilə bağlı hər hansı şikayət daxil olmayıb.

Mağazanın adını işgüzar nüfuzuna xələl gəlməməsi baxımından qeyd etmirik.

...

...

...