Qırğızıstan Prezidenti Almazbek Atambayev Bişkek ətrafında Türkiyə şirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması hadisəsinin araşdırılmasını tapşırıb.

Unikal.org RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı həlak olanların ailələrinə və yaralılara maddi yardın göstərilməsi barədə də göstəriş verib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bişkek yaxınlığında Türkiyənin "Türk Hava Yolları" aviaşirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 32 nəfərin həlak olduğu bildirilir.