Azərbaycanda ötən il ikili vətəndaşlığı olan şəxs 7956 müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılır".

Dövlət Miqrasiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev ötən ilin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.

O bildirib ki, hesabat dövründə "qaçqın statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib: "Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır. Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanmış Readmissiya Sazişi çərçivəsində 2016-cı ildə Dövlət Miqrasiya Xidmətinə göndərilən bildirişlər əsasında Azərbaycan vətəndaşlığına mənsub olması müəyyənləşdirilən 120 şəxsin readmissiyası həyata keçirilib".