Gəncə şəhərində avtomobil qəzası qeydə alınıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir yolunun 1-ci kilometrliyində, Heydər Əliyev parkının yaxınlığında baş verib.

Belə ki, "Zaporojest" markalı avtomobil benzin doldurma məntəqəsindən maqistral yola çıxan zaman "Mercedes markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "Zaporojest" markalı avtomobildə olan qadın sərnişin müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım maşını çağrılıb. Hər üç yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxansına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, qadın sərnişinin vəziyyəti normaldır, sürücülər - Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü Şahin Əsədov və 1967-ci il təvəllüdlü Uğur Musayevin vəziyyəti orta-ağırdır.
Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma başlanıb.