Hindistanda məktəbliləri aparan avtobusun yük maşını ilə toqquşması nəticəsində 18 şagird ölüb, 40 nəfər xəsarət alıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Uttar-Pradeş ştatında baş verib.

Avtobus şagirdləri məktəbə apararkən kartof daşıyan yük maşını ilə toqquşub.

Qəzanın səbəbləri araşdırılır.