Müğənni Ferman Toprak keçmiş meneceri İsmet Günbeyindən şikayət edib.

Unikal.org Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni Şişlidə konsert verərkən avtomobili atəşə tutulub. Cinayətkarlar hadisə yerindən uzaqlaşıblar.

O, polisə verdiyi ifadəsində belə deyib: "Keçmiş menecerim məni öldürmək istədi. Avtomobilimi də atəşə o tutub".

İsmet barəsində cinayət işi açılıb. Araşdırma aparılır.