Azərbaycanda polis bir sıra rayonlarda silahlı şəxsləri həbs edib.

DİN-dən unikal.org-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri dəmir yolu stansiyası ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hidayət Xaspulatovdan nömrəsiz "Naqan" tipli tapança və 9 ədəd patron götürülüb.

Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bunud kənd sakini Şamil Hacıməmmədovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb.

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çaxırlı kənd sakini Rövşən Seyidovdan müvafiq sənədləri olmayan "TOZ-57" markalı tüfəng, 13 ədəd patron və 1 ədəd bıçaq götürülüb.