Azərbaycanlı müğənni Niyam Salaminin evinə girən oğru həbs edilib.

Unikal.org xəbər verir ki, bu barədə ifaçının özü lent.az- ın "Canlı yayımda danışıb.

O, bildirib ki, uzun sürən axtarışlardan sonra cinayətkar həbs edilib:

"Nəhayət, evimdən oğurluq edən şəxsbu yaxınlarda həbs edildi. Sən demə, oğurluq edən şəxsevimin rəssamlıq işlərini görən adam imiş. Mən də evin açarını ona etibar edib,pul qazanmağa getmişəm. Yaşadığım ev Xırdalanda təzə binada yerləşirdi. Elə qonşunun balkonundan digər evə keçmək olurdu. Evimdə nə var idisə, hamısını oğurlamışdı. Videokamera, 5-dən çox kəmərimi, gödəkçələrimi və digər əşyalarımı. Cinayətkarın bu ilk etdiyi hadisə deyilmiş.

N.Salami daha sonrabildirib ki, artıq oğurluq hadisəsi olan evdə yaşamır. Başqa mənzilə köçüb.