ATV-nin eks-xəbər aparıcısı Samirə Mustafayeva yeni fotosessiya etdirib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, keçmiş teleaparıcı uzun müddətdən sonra kamera qarşısına keçib. Onun şəklini fotoqraf Zeynal İbrahimov rəsmi səhifəsində paylaşıb.

Xatırladaq ki, Samirə Mustafayeva ATV xəbərin baş redaktoru Vaqif Aydınoğlu ilə 2006-cı ildə ailə həyatı qurub, 2016-cı ildə isə münasibətlərinə son qoyub.

Onların Nuran adlı qızları var.

Qeyd edək ki, Samirə həyat yoldaşından ayrıldıqdan sonra ATV-dən gedib, sosial media hesablarını isə birdəfəlik bağlayıb.