Azərbaycan Respublikasının Nazirlər Kabineti sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında Qərar verib.

Unikal.org xəbər verir ki, Qərara əsasən fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limit adambaşına ayda 300 kilovat-saat müəyyən edilir. Bu qərarın 1-ci hissəsində göstərilən limit üzrə elektrik enerjisi haqqı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən əhali üzrə aylıq istehlak həcminin 300 kilovat-saat qədər (300 kilovat-saat daxil) olan hissəsi üçün müəyyən edilmiş pərakəndə satış tarifi ilə ödənilir.