Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə "Leonardo" şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşüb.

Unikal.org xəbər verir ki. Mauro Moretti Azərbaycanda olduğunu, Bakının gözəlliyinə heyran qaldığını bildirdi. Ölkəmizdə gedən inkişaf proseslərini və qazanılan nailiyyətləri yaxından izlədiyini deyən baş icraçı direktor şirkətin Azərbaycanda müxtəlif strukturlarla, o cümlədən SOCAR ilə əlaqələrindən danışdı, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu dedi.

Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.