Aktyor Kıvanç Tatlıtuğ filmə çəkilmək üçün ABŞ-a dəvət alıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki,  aktyor hazırda rol aldığı "Cesur ve güzel" serialının mövsüm finalından dərhal sonra Nyu-Yorka gedəcəyini açıqlayıb.

Sənətçinin orada həm istirahət edəcəyi, həm də xarici film layihəsində yeganə türk aktyor olaraq rol alacağı bildirilib.