ABŞ qaçqınların Qərbə doğru irimiqyaslı axınına son qoymaq məqsədi ilə Suriyada təhlükəsizlik zonaları yaratmaq niyyətindədir 

Unikal.org-un "TASSa istinadən verdiyi xəbərə görə, bunu Florida ştatının Melborn şəhərində tərəfdarları ilə görüşdə ABŞ prezidenti Donald Tramp bildirib.  
 "Mən Suriyada və başqa yerlərdə təhlükəsiz zonalar yaratmaq istəyirəm ki, yerli əhali oranı tərk etmədən təhlükəsiz şəraitdə yaşasın. Biz təhlükəsiz zonalar yaradacağıq. Biz elə edəcəyik ki, Fars körfəzi ölkələri bunun üçün lazım olan vəsaitləri ayıracaq, - deyə Tramp qeyd edib.   
Prezidentin sözlərinə görə, o bu addımları "on minlərlə qaçqını qəbul etməmək məqsədi ilə atmaq niyyətindədir: "Biz o adamlar barədə heç nə bilmirik. 
Bununla belə, Tramp qeyd edib ki, yeni hökumət əslində miqrantların ABŞ-a gəlməsinin əleyhinə deyil: "Biz insanların ABŞ-a gəlməsini istəyirik. Lakin biz onların sırasında bizi  sevənləri, ölkəmizin adətlərinə hörmətlə yanaşanları görmək istəyirik.