Dağıstanın paytaxtı Mahaçqalada küçə itləri tərəfindən parçalanmış uşaq meyiti aşkarlanıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Mahaçqalanın Birinci Pyotr küçəsində küçə itləri 9 yaşlı qıza hücum edərək onu parçalayıblar. 

Uşağın meyitini valideynləri aşkar edib. Hadisə yerinə "təcili yardım gəlsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.