İstanbul şəhərinin Küçükçekmece rayonunda partlayış olub.

Unikal.org-un "Hurriyetə istinadən verdiyi məlumata görə, şirniyyat mağazalarından birində baş vermiş partlayış nəticəsində 1-i ağır olmaqla 7 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Partlayışın qaz sızmazına görə baş verdiyi ehtimal olunur.