Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin vəfat edib.

Unikal.org-un məlumatına görə, bu barədə Rusiya XİN-i açıqlama yayıb. 

Onun fevralın 20-də Nyu-Yorkda vəfat etdiyi bildirilir. Vitaliy Çurkin 65 yaşına bir gün qalmış dünyasını dəyişib.

V.Çurkin 2006-cı ildən Rusiyanın BMT-dəki daimi nümayəndəsi olub, həmçinin ölkəsini və BMT Təhlükəsizlik Şurasına təmsil edib.