ANAMA Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Unikal.org xəbər verir ki, Cocuq Mərcanlı kəndində 3 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilmiş, 428 ədəd qəlpə, 6 ədəd partlamış -³Qrad-³ raketinin mühərrik hissəsi və 1 ədəd partlamamış hərbi sursat (93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə 113 133 kv.m ərazi (23 033 kv.m əl ilə, 12 100 kv.m mexaniki üsulla və 78 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı ilə) yoxlanılıb.