Azərbaycan Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, hərbi prokurorun köməkçisi, polkovnik Əfrahim Təhməzov təqaüdə göndərilib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Ə.Təhməzov səhhətindəki problemlərlə əlaqədar prokurorluq orqanlarından tərxis olunub.

Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə hələlik təyinat olmayıb.