Azərbaycan prezidenti İlham Əliyev ölkədə Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "Ağdam Atçılıq Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinin Atçılıq kompleksinin tikintisi üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.