Çinin şimal-şərqində yerləşən milli parkında ağır çəkili amur pələngləri onları izləyən pilotsuz uçan aparatı havada tutmağı bacarıblar.

Unikal.org Daily Mail-ə istinadən xəbər verir ki, vəhşi pələnglər onları izləyən dronu görüb, onun ovuna çıxıblar.

Bir müddət davam edən qaçdı-tutdudan sonra pələnglərdən biri tullanaraq, kvadrokopteri havadaca vurmağı bacarıb.

Bu pələnglər təkcə dronu tutmaq məharəti ilə deyil, həm də çəkiləri ilə diqqəti cəlb edib. İlk baxışdan onlar çox piyli görünür. Sosial şəbəkə istifadəçiləri milli parkın əməkdaşlarını tənqid edərək, pələngləri pəhriz rejimi ilə qidalandırmağı tələb ediblər.