Məşhur amerikalı aktyor, "Emmi mükafatının laureatı Bill Pekston 61 yaşında vəfat edib.

Unikal.org Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, o, cərrahiyə əməliyyatından sonra xəstəliyin ağırlaşması nəticəsində dünyasını dəyişib.

Aktyorluq karyerasına 1970-ci illərdə başlayan B.Pekston müxtəlif illərdə "Terminator (1984), "Özgələr (1986), "Titanik (1997) kimi populyarfilmlərdə çəkilib.