Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org apa-ya istinadən xəbər  verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə. Mehbalıyev küçəsi ev 9-da qeydə alınıb. Həmin ünvanda yaşayan, 1961-ci il təvəllüdlü Məhbus Yusif oğlu Qədimov sərxoş halda 2-ci mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.