Soçinin Adler rayonunda "Volkswagen" markalı avtomobilin sürücüsü dağ velosipedi üzrə Rusiya milli komandasının üzvünü vurub.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində yaralanan Anton Qoqolev xəstəxanaya çatdırılıb.

Amma həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.