Türkiyənin Diyarbəkir vilayətində partlayış baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir kİ, vilayətin Sur rayonundan keçən dəmiryol relslərində partlayış qeydə alınıb. Bir neçə vaqon relsdən çıxıb.

Əraziyə təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisə nəticəsində ölən və ya yaralıların olmadığı deyilir.