Rusiyanın kürdləri dəstəkləyən qərarı Türkiyəni özündən çıxardı.

Rusiya, Cenevrədəki Suriya danışıqlarına, kürd silahlılardan ibarət PYD-nin də qatılmasını istəyir.

Unikal.org-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov açıqlama verib. Boqdanov, Cenevrədəki Suriya danışıqlarına kürd nümayəndələrin də qatılmasının lazım olduğunu ifadə edib.

"Müxaliflərin ortaq nümayəndə heyətini tezliklə quracağını ümid edirik - deyə Mixail Boqdanov bildirib. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öncəki çıxışlarının birində, Cenevrə danışıqlarının kürdlərin iştirakı olmadan uğursuzluqla nəticələnəcəyini söyləmişdi.

Rusiyadan PYD ilə bağlı edilən bəyanata, Türkiyənin prezident iqamətgahından şərh verilib. Bu barədə Ərdoğanın baş müşaviri İlnur Çevik açıqlama verib. Açıqlamada deyilir: "PYD məsələsində Rusiya ilə eyni düşüncədə olmamağımız Suriyadakı əməkdaşlığımıza mane deyil. Biz Türkiyə dövləti olaraq, kürdlərlə problem içərisində deyilik. Bizim problemimiz kürd nüfuz içərisindəki terror təşkilatları ilədir. PYD-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab edirik. Ancaq təkrar edirəm, PYD mövzusunda Moskva ilə aramızda olan fikir ayrılığı Suriyadakı əməkdaşlığımıza əngəl törətmir.