FİFA növbəti dünya çempionatında videotəkrar texnologiyasından istifadə etməyə hazırlaşır.

Unikal.org-un məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino açıqlama verib.

O, bildirib ki, ilk olaraq texnologiyadan Konfederasiyalar kubokunun oyunlarında istifadə etməyi planlaşdırırlar.

Qeyd edək ki, daha əvvəl İngiltərə Futbol Federasiyası ölkə kubokunun matçlarında bu vasitədən istifadə edəcəklərini açıqlamışdı.