Lənkəran sakini ehtiyatsızlıqdan ciddi xəsarət alıb.

Unikal.org bildirir ki, "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, 23 yaşlı Sütəmurdov kənd sakini Əsədli Nail Müqabil oğlu qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaxınları onun damdan yıxıldığını bildirirlər. Xəstəxanada aparılan müayinələr nəticəsində N.Əsədlinin qarının qapalı travması, epoqastral və qasıqüstü nahiyədə kəsilmiş-deşilmiş yara, həmçinin dalağın partlaması diaqnozu qoyulub. Xəsarət alan şəxs dərhal əməliyyat olunub.
Xəsarət alan şəxsin bıçaqlandığına dair ehtimal da var.

Faktla bağlı rayon Polis şöbəsinə məlumat verilib.