Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org bildirir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. VAZ-2106 markalı maşınla "Chevrolet markalı avtomobil toqquşub.

Yol qəzasında bir ailənin iki üzvü ölüb, ikisi ağır yaralanıb. Ölənlər Masallının Ərkivan qəsəbə sakinləri, "VAZ 2106-nın sürücüsü 1980-cı il təvəllüdlü Pərviz Abas oğlu Xəlilov və sərnişin, 1970-ci il təvəllüdlü Səbiyyə Ağalı qızı Xəlilovadır. Yaralılar 1962-ci il təvəllüdlü Famil Kamil oğlu Xəlilov və onun oğlu, 2001-ci il təvəllüdlü Əsəd Xəlilovdur.

Yaralıların vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə yola salınıb. Qeyd edək ki, "Chevrolet markalı minik avtomaşınında olan iki nəfər yüngül xəsarət alıb.