Sabirabad rayonunun Suqovuşan kəndində yaşayan Sadiq Həsənovun evində təbii qaz sızmasından yanğına keçən partlayış baş verib.

Unikal.org DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

S.Həsənov və arvadı Alizəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Araşdırma aparılır.