Egey dənizinin Türkiyə sahilləri yaxınlığında, Quşadası istiqamətində qaçqınları daşıyan qayıq batıb.

Unikal.org-un "Hürriyyətə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 11 nəfər ölüb, 3 nəfər itkin düşüb.

Qayıqda olan 22 qaçqından 8 nəfərini xilas etmək mümkün olub. Axtarış-xilasetmə işləri davam etdirilir.