Meksikanın "Pemex şirkətinə məxsus neft kəmərində güclü partlayış baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb. 

Qeyd edək ki, boru kəmərinin partlayış baş verən hissəsinin yaxınlığında 2003-cü ildə də partlayış olub. Həmin hadisə zamanı 8 nəfər həlak olub, 70 nəfər isə yaralanıb.