Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsi əməkdaşları Cəmilova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini Elşən Bağırovu saxlayaraq istintaqa təhvil veriblər.

Unikal.org xəbər verir ki, məlumata əsasən, o, daha öncə Sabunçu rayonu ərazisində yol polisi tərəfindən saxlanılıb, ancaq maşını orada qoyaraq qaçıb.

Saxlanılan şəxs ifadəsi zamanı nəqliyyat vasitəsini sürmək məqsədi ilə qaçırdığını deyib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.