Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Sərxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə S.Heydərov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il noyabr ayının 10-da Quba rayonunda baş verib. 24 yaşlı Sərxan Heydərov atası, 48 yaşlı Siyavuş Heydərova bıçaqla xəsarət yetirib. S.Heydərov ölüb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.