Təxminən bir ay əvvəl Daşkəsəndə yaşlı qadının yaşadığı mənzilə basqın hadisəsinin kimlər tərəfindən törədildiyi məlum olub. Qadının əl qolunu bağlayan həmin şəxslər zərərçəkənin qızıl üzüyü və nəğd pulu ilə yanaşı ağzındakı qızıl dişlərini də aparıblar. Polis tərəfindən saxlanılan maskalı şəxslərin əvvəllər dəfələrlə məhkumluq həyatı yaşadığı üzə çıxıb.

Yaşlı qadının pulu ilə həyatlarını dəyişmək istəyən dostların arzusu ürəklərində qalıb.

Daşkəsən sakini Tamella Rzayevanın mənzilində quldurluq hadisəsi bu ilin fevral ayının ortalarında baş verib. Hadisə yerinə baxış keçirən rayon polis şöbəsinin əməkdaşları Tamella Rzayevaya qarşı törədilən quldurluq cinayətinin üstünü açıb. Şübhəli kimi rayon sakini 49 yaşlı Rahib Əsədovu və Gəncə sakini Arzu İslamzadəni saxlayıb.

Saxlanılan Rahib Əsədov Tamella Rzayevaya qarşı quldurluq törətmələrini etiraf edib. Ancaq o bildirib ki, Tamella Rzayevayadan bir neçə ay öncə sələmə pul götürürək onüun müqabilində qızıl üzük verib. Aylardır sözügedən üzüyü ala bilmədiyindən evə basqın etmək qərarına gəlib.

Rahib Əsədovun cinayət ortağı da əməlini etiraf edib. Onların ətraf şəhər və rayonlarda oxşar əməlləri araşdırılır.