Gəncədə bıçaqlanma olub.

Unikal.org-un  apa-ya istinadən verdiyi məlumata görə, şəhər sakini 1971-ci il təvəllüdlü İsmayılov Natiq Şəmil oğlu bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. O əməliyyat olunub.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə N. İsmayılov mülk üstündə düşən dava zamanı əmisi oğlu tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.