Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna yeni direktor təyin edilib.

Unikal.org xəbər verir ki, bu barədə Report-a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib.

Onun sözlərinə görə, bu, Roman Nağıyevdir. O, bundan əvvəl şirkətin "Azəriqaz İstehsalat Birliyində çalışıb və yeni vəzifəsində 2015-ci ildə vəfat etmiş Ayaz Qarayevi əvəz edib.